"Süni qadın..." - İzləyicisi ilə Sevda arasında söz savaşı


"Süni qadın..." - İzləyicisi ilə Sevda arasında söz savaşıMüğənni Sevda Sanəliyeva izləyicisi ilə mübahisə edib.

Obyektivxeber.info-ın məlumatına görə, sənətçinin paylaşdığı kiçik ev videosuna "Süni qadın. Belə evin yanından belə keçməzsən. Yalandan bəh-bəh demə" sözlərini yazıb. Ənənəsinə sadiq qalan Sevda yenə də izləyicisinə qarğış yazıb:

"Yalançı sən və əzizlərindi. Mən elə belə evdən gəlmişəm. Deyirsən, gözünü qan örtüb, kül sənin başına. Gözümü qan örtsəydi hazırda yaşadığım orta həyat tərzini seçməzdim. Pullu, mallı yeri yox, hüzurlu yeri seçmişəm. Yenə dünyaya gəlsəm, bu həyatı seçərdim. Sənin kimi insanların başına daş salıram.

Məni kiminlə səhv salmısan? Xarici ölkələrdəki şəkillərimdən atın mən də baxım, yəqin yuxuda gedib gəzib, selfi edib qayıdıram. Mənim yaşadığım evi görmüsüz? Hazırda sıradan bir məhlədə və evdə yaşayıram. Sən yəqin ki, məni kiminləsə səhv salmısan".

Qeyd edək ki, Sevda bundan əvvəl də bir izləyicisi ilə mübahisə etmiş və ona qarğış yazmışdı.