“Tunardan başqa heç kimlə duet oxumayacağam”


“Tunardan başqa heç kimlə duet oxumayacağam”
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam “Hər şey daxil” verilişinin qonağı olub.

Obyektivxeber.info xəbər verir ki, ifaçı proqram zamanı daha heç kimlə duet oxumayacağını deyib.

“Toy məclislərini çıxmaq şərtilə, heç kimlə duet oxumayacağam. Çünki duet ortaqlarım mənə uyğun deyillər. Yalnız Tunar Rəhmanoğlu ilə duet oxuya bilərəm. Biz onunla 5-6 saat dayanmadan mahnı oxuya bilərik, o biriləri ilə isə bu, alınmır. Hamısını çox istəyirəm, ürəyimdilər, amma repertuarımda duet istəmirəm” deyə, Xatirə bildirib.