10 siyasi partiya seçkilərlə bağlı müraciət edib - MSK


10 siyasi partiya seçkilərlə bağlı müraciət edib - MSK


Artıq bələdiyyə seçkilərində iştirak etmək üçün 15 226 passiv seçki hüququna malik vətəndaş dairə seçki komissiyalarına müraciət edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, namizədlər öz sənədlərini götürərək imzalar toplayırlar.

R.Qasımov vurğulayıb ki, dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi də artıq başlayıb.

Onun sözlərinə görə, ümumilikdə 10 siyasi partiya öz namizədliyini irəli sürmək istəyən üzvlərinin qatılması üçün MSK-ya müraciət edib: “Amma bundan başqa, müstəqil olaraq partiya təmsilçiləri də bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər. Bu günə olan məlumata əsasən, 33 siyasi partiya mənsubiyyətini qeyd edən passiv seçki hüququna malik olan vətəndaş seçkilərdə öz gücünü sınamaq niyyətindədir. Bununla bağlı sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər”.