Parlament yekdilliklə yeni Baş nazirə - Əli Əsədova səs verdi


Parlament yekdilliklə yeni Baş nazirə - Əli Əsədova səs verdiMüzakirələrdən sonra Prezidentin parlamentə göndərdiyi qərar səsə qoyuldu. 105 nəfər yekdilliklə Əli Əsədovun Baş nazir seçilməsinə səs verdi. Spiker yeni Baş naziri təbrik edərək sözü ona verdi.

Ə.Əsədov deputatların alqış sədaları altında tribunaya qalxdı və ürək sözlərini söylədi. O, ilk öncə ölkə prezidentinə, daha sonra parlamentə təşəkkürünü bildirdi. Həmçinin ölkə iqtisadiyyatının inkişaf səviyyəsi barədə qısa məlumat verdi.

Ölkənin starteji əhəmiyyətli ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Ə.Əsədov dedi ki, bu gün əsas problemimiz Qarabağ torpaqlarının azad edilməsidir. O, prezidentin “Qarabağ Azərbaycandır. Nida” bəyanatını da səsləndirdi.

Ə.Əsədov ona göstərilən etimada görə təkrar təşəkkür etdi və prezidentin etimadını layiqincə doğruldacağna söz verdi.

E.PAŞASOY,