Milli Şuranın mitinqinə razılıq verildi – Hökumət müxlifəti Lökbatana göndəri


Milli Şuranın mitinqinə razılıq verildi – Hökumət müxlifəti Lökbatana göndəriBakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb. /APA