Obyektivaz.info
 Valyuta məzənnəsi

Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ

Tarix:15-11-2019, 12:09

Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ


Hələ bir neçə il əvvəl yerli KİV-də iddia olunurdu ki, Azərbaycanda PKK terror təşkilatı ilə əlaqəli bir sıra obyetklər var ki, onlarla bağlı rəsmi Bakının susqunluğu heç də anlaşılan deyil. Məsələn, "Azərsun" Holdinq belə bir ittihamların hədəfi idi və hətta bu şirkətin İraqdakı kürdlərə belə ayrıca ərzaq yardımı göstərdiyi mətbuatda gedən xəbərlər içində idi. Hər halda Azərbaycandan pul qazanan bir şirkətin qardaş Türkiyənin əlayehinə olan bir cameəni yedizdirməsi, bunlar bir yana Kərkük və Mosuldakı soydaşlarımızı bir kənara buraxıb, Azərbaycan pullarını məhz soydaşlarımızı hədəfə alan bir şəbəkəyə xərcləməsi cəmiyyətimiz tərəfindən narahatlıqla qarşılandı və bu gün də belədir.

DİA.AZ xatırladır ki, "Azərsun" holdinqlə yanaşı "Böyük Fırat" restoranlar şəbəkəsinin adı da dəfələrlə yerli KİV-də məhz PKK terror təşkilatı ilə qoşa çəkilmişdi. Hətta bu şirkətin rəhbərinin Azərbaycana buraxılmadığı da iddia olunmuşdu. Sonradan isə vəziyyət əvvəlki axarna qayıtdı. Qeyd edək ki, zaman-zaman PKK-ya qarşı rəsmi Ankaranın addımlarının sərtləşdiyi ərəfələrdə, gərginlik dönəmlərində Bakıdakı "Böyük Fırat" şəbəkəsi də gündəm mövzusuna çevrilir. Elə bir neçə il əvvəl bu barədə yazan "Yeni Müsavat" qəzeti bildirirdi ki, Bakıdakı bir sıra PKK tərəfdarına məxsus obyektlər türklər tərəfindən boykot edilib: "Münaqişə baş verən obyektlərdən biri də “Böyükfırat” kafelər şəbəkəsi olduğu bildirilir".

Hər halda belə iddiaların bulunduğu bir məqamda ölkəmizin təhlükəsizlik çətirinin hansı dərəcədə həssas bir məsələnin hədəfi olduğunu qeyd etməmək olmur. Çünki burada söhbət məhz QİDA TƏHLÜKƏSİZLİYİNDƏN gedir.

Əgər AQTA kimi qurumlar bu gün qidaların məhz keyfiyyətinə nəzarət edirsə və bu yöndə fəaliyyət göstərirsə, dövlətin hüquq-mühafizə orqanları da eyni dərəcədə təhlükəli olan qida sektoru təmsilçilərini təftiş etməlidirlər ki, nədənsə bu yöndə hər hansı hərəkətlənmə müşahidə olunmur.

Bununla bağlı DİA.AZ-a danışan hüquq-mühafizə orqanlarındak mötəbər mənbə bildirir ki, yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən və fəaliyyəti məhz ərzaq-qida ilə bağlı olan bütün şirkət və müəssisələrin, iaşə obyetklərinin süzgəcdən keçirilməsi gözlənilir: "Belə bir niyyət var və yaxın günlərdə konkret addımlar atılacaq"..

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxunub: 23



XƏBƏR LENTİ