Obyektivaz.info
 Valyuta məzənnəsi

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb - TƏFƏRRÜAT

Tarix:11-11-2019, 15:22

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb - TƏFƏRRÜAT


Gəncədə qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Dajban Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

***

Saat 10:02

Gəncədə qətl törədilib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 53



XƏBƏR LENTİ