Obyektivaz.info
 Valyuta məzənnəsi

Vaqif Abdullayev elmlər doktoru,professor İnsan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Konstitusiya islahatları həyata keçirilib

Tarix:13-11-2019, 19:57

  Vaqif Abdullayev   elmlər doktoru,professor  İnsan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Konstitusiya islahatları həyata keçirilibSiyasi sabitliyin, demokratik inkişafın, sülhün qarantı
Azərbaycan Konstitusiyası hər bir insanın hüquqlarını təmin edir
“Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”
Ümummilli lider Heydər Əliyev
... 24 il əvvəl Azərbaycanın müasir dövlətçiliyinin tarixində müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu – Konstitusiyası qəbul edilib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Ana Yasamız ölkəmizdə siyasi sabitliyin, milli sülhün və barışığın təminatına şevrildi.
... Konstitusiyamız dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyənləşdirir, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir.
... Cəmiyyət və dövlət inkişaf etdikcə yeni siyasi-iqtisadi-hüquqi münasibətlər meydana çıxır. Ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan hüquqları və azadlıqlarının daha səmərəli qorunması konstitusiya islahatlarının aparılmasını zəruri edir. Bu bxaımdan Ana Yasamızda ötən illərdə mühüm dəyişikliklər baş verib. 2002-ci ilin avqust ayında Konstitusiyamıza edilmiş dəyişikliklər birbaşa demokratik inkişafın və insan hüquq-azadlıqlarının daha səmərəli müdafiəsini təmin edib.
... Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu və hüquq sisteminin inkişafı prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Konstitusiya islahatları həyata keçirilib.
...2009-cu il mart və 2016-cı il sentyabrında keçirilmiş referendumlarda Konstitusiyamıza əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Bu dəyişikliklərin ana hədəfi, fəlsəfəsi Azərbaycanın siyasi və hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə olunması məqsədlərinə xidmət edib.

Oxunub: 123



XƏBƏR LENTİ