YAP ötən 27 ildə ölkəmizin siyasi həyatında saysız-hesabsız uğurlara imza atıb ...


YAP ötən 27 ildə  ölkəmizin siyasi həyatında saysız-hesabsız uğurlara imza atıb ...... Azərbaycanın qazandığı uğurlarda Ulu Öndərin yaradıcısı olduğu, yaranma tarixi Azərbaycanın müstəqillik tarixinin ərəfəsinə təsadüf edən Yeni Azərbaycan Partiyasının (YAP) rolu əvəzsizdir.
... YAP ötən 27 ildə Azərbaycanın siyasi həyatında saysız-hesabsız uğurlara imza atıb. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində Partiyanın rolu əvəzedilməzdir.
... Ulu Öndərin siyasi əmanəti olan YAP Sədri, Prezident İlham Əliyevin liderliyi ilə fəaliyyətini daha da təkmilləşdirib, ölkənin siyasi və iqtisadi həyatında və inkişafında başlıca siyasi qüvvəyə, Qafqazın ən güclü siyasi təşkilatına çevrilıb. Son illərdə Azərbaycanın uğur salnamsəinə özü möhürünü vurub.
... YAP Sədri, Cənab İlham Əliyevin bəyan etdiyi kimi 2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam edib. Bu inkişafın təmin edilməsində Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır.
... Partiyanın tükənməz enerjisi hesab edilən gənclərin də YAP-ın fəaliyyətində yeri və rolu xüsusi əhəmiyyət kəsb edir. Özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir.
... YAP-ın gənc fəalları Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırılmasında, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavabların verilməsində hər zaman fəal olubdur.
.... ... YAP Sədri Cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir.
... 2013-cü il iyunun 7-də YAP-ın V qurultayında Mehriban Əliyevanın Partiya Sədrinin müavini seçilməsi partiyanın fəaliyyətində yeni keyfiyyət dəyişiklikləri gətirdi. Ölkənin ictimai-siyasi həyatında tanınan, müsbət imicə malik olan, ölkəmizin dünyada tanınması üçün böyük işlər görən Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın Partiyanın Sədr müavini seçilməsi Yeniləşən Azərbaycanın lider Partiyasında da struktur dəyişikliyini aparıldığını təsdiqlədi.
... Mehriban xanımın fəaliyyət fəlsəfəsində hər zaman Yeniləşmə əsas xətt olub və O rəhbərlik etdiyi hər bir sahədə yenilik yaradıb, yeni nəfəs gətirib, dinamik xoş ovqat, nikbin həyat ritmi təmin edib. Onun YAP rəhbərliyində mühüm posta olması hazırda davam etdirilən islahatların ahənginə uyğun olaraq partiyada da yeniləşməni, gəncləşməni genişləndirməkdədir.
... Açıq etiraf etmək lazımdır ki, son illərdə YAP-a güclü beyin axınında, yeni təfəkkürlü kadrların partiya işində fəallaşmasında Mehriban xanım faktorunun rolu da az deyil. Gənclər YAP Sədrinin müavinin timsalında özlərinin Yeni sabahlarını, Gələcəyini görür.
... İnkişaf müasirlik və yeniləşmə deməkdir, siyasi fəaliyyətini genişləndirən YAP da daim yeniləşir. Təşkilatın hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirir.
... Bu gün Azərbaycan müasirləşir, yeniləşir, dərinləşən yeni islahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır. Bürokratik imicə malik kadrlar islahatlarla ayaqlaşa bilmədiyindən onların müasir idarəetmə qabiliyəti, təfəkkürü, enerjisi olan gənclərlə əvəz olunması da labüddür.
... Azərbaycanın hərtərəfli inkişafının gücləndirilməsində fəal rol oynayan YAP-ın fəlsəfəsi, ideyası, təşəbbüsləri həm də dövlətimizin siyasətinin mühüm tərkib hissəsidir. YAP respublikamızda siaysi və iqtisadi sabiliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində fəal iştirak etdiyindən Partiyanın özünün də bu dinamikliyə və çevikliyə uyğunlaşması, ayaqlaşması lazımdır. Bu baxımdan YAP-da da Yeniləşmə, Gəncləşmə labüddür.
... Partiyada Yeniləşmə, Müasirləşmə, Gəncləşmə dövlət siyasətinin həyata keçirilməsində YAP-ın fəal iştirakını artırmaq, müxtəlif proqramların icrasında peşəkarların əməyindən daha geniş və səmərəli istifadə etmək baxımından töhfə verə bilər. İnanmaq lazımdır ki, Gənc kadrlar öz peşəkar fəaliyyətləri, bilik və bacarıqları ilə dövlət başçısının qarşıya qoyduğu tapşırqıları layiqincə icra etməyə imkan verəcək.
elmlər doktoru,professor Vaqif Abdullayev