Ağdam rayonunda geniş müşavirə keçirilmişdir.


Ağdam rayonunda geniş müşavirə keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Yevlax Şəhər və Xaçmaz Rayon İcra Hakimiyyətlərinə yeni təyin etdiyi icra başçılarını qəbul edərkən verdiyi tapşrıqların yerlərdə təbliği məqsədi ilə Ağdam rayonunda geniş müşavirə keçirilmişdir. Müşavirədə hüquq mühafizə orqanlarının, yerli idarə və təşkilatların rəhbərləri, məktəb direktorları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, ictimai təşkilatlar, mətbuat nümayəndələri iştirak ediblər. Çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cənab Prezident İlham Əliyevin həmin qəbulda işlətdiyi fikirlər və verdiyi tapşırıqlarla bağlı iştirakçılara ətraflı məlumat verdi. Bildirdi ki, bütün idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri hamılıqla cənab prezidentin ətrafında sıx birləşərək onun siyasi xəttinə dəstək olmalı, verilən tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsi üçün var gücümüzlə çalışaraq ölkəmizin inkişafına dəstək olmalıyıq.Ağdam rayonunda geniş müşavirə keçirilmişdir.
Ağdam rayonunda geniş müşavirə keçirilmişdir.
Ağdam rayonunda geniş müşavirə keçirilmişdir.