Ağacları qırıb bina tikiblər, Abşeron icra xəbərsizdir-VİDEO


Ağacları qırıb bina tikiblər, Abşeron icra xəbərsizdir-VİDEO


Bir neçə il əvvəl KİV-lərdə Gülgəz Səmədzadə adlı vətəndaşın şikayəti dərc olunmuşdu.

Vətəndaş bildirirdi ki, Qala qəsəbəsi ərazisində torpaq sahəsi var: ”Mən və mənim qonşularım ev tikmək üçün sərəncam almaq istəyirdik. Amma belə bir sərəncam almaq üçün Abşeron rayon İcra Hakimiyyətinə böyük məbləğdə pul ödəmək lazımdır. Lakin mənim buna imkanım yoxdur. Ona görə də mən tikintiyə icra hakimiyyətinin sərəncamını almadan başladım”.




Onun sözlərinə görə, heç kim onun evinin tikintisinə mane olmayıb. “Amma, bu yaxınlarda, tikinti başa çatdıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri Qala qəsəbəsinə gəldilər. Onlar heç bir xəbərdarlıq etmədən mənim evimi sökdülər”, -deyə ev sahibibildirmişdi.

Həmin vaxt məsələ ilə bağlı jurnalistlərə bilıdirmişdilər ki, binaların sökülməsi məsələləri ilə Abşeron rayonunun baş memarı Akif Əliyevin rəhbərlik etdiyi, İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi məşğul olur.

Sonra bu tip hadisələr təkrarlandı. Sonuncu belə hadisə Saray qəsəbəsində yeni evlənən cütlüyün evinin sökülməsi ildi ki, bu da böyük səs-küy qopardı.

Hamı bilir ki, Abşeronda hətta öz evinin həyətində balaca nəsə tikmək istəsən yerli icra başının üstünü alacaq. Divar hündür olsa da peykdən hər yer açıq görünür. İcranın xəbəri olmadan daşı-daş üstə qoymaq olmaz.

Azerinfo.az Azerinfo.tv - yə istinadən bildirir ki, Xırdalan şəhərində , Nizami küçəsində, “Aytac” şadliq sarayı ilə üzbəüz ərazidə xeyli müddətdir bina tikilir. Tikinti zamanı ərazidə xeyli yaşıllıq məhv edilib, ağaclar qırılıb.

Tikinti yeni başlayanda 4 saylı Regional Ekologiya İdarəsi məısələyə qarışıb, tikinti dayanıb. Ancaq sonradan kimlərinsə razılığı ilə yenidən işə başlayıblar. Binanın 2 mərtəbəsi hazır olub.

Ancaq Abşeron rayonunun baş memarı Akif Əliyev deyir ki, biz o tikintiyə icazə verməmişik. Telefonla məhz belə də dedi. Əlavə etdi ki, tikintinin sökülməsi üçün FHN və əlaqədar yerlərə müraciət olunub. Bəs onda kim icazə verib? Kasıb –kusub həyətində 2 metrlik hamam tikən kimi peyda olan yerli icra nə əcəb bu boyda tikintini görməyib indiyənədək.

Qeyd edək ki, 4 saylı Regional Ekologiya İdarəsinin nümayəndəsi ilə 2 dəfə həmin ünvana getsək də bina sahiblərini tapmamışıq. Deyilənə görə, əvvəllər idman sahəsində tanınmış şəxslər olublar.

Bununla bağlı 4 saylı Regional Ekologiya İdarəsi bütün güc strukturlarına məktub ünvanlayıb.

Mövzuya qayıdacağıq.

P.S. Görüntülərdə gördüyünüz kəsilməmiş ağaclar barədə tədbir görülməsə, yaxın vaxtlarda da onlar da "QURBANA" çevriləcəklər

Ağacları qırıb bina tikiblər, Abşeron icra xəbərsizdir-VİDEO
Ağacları qırıb bina tikiblər, Abşeron icra xəbərsizdir-VİDEO