Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub


Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub1991-ci il oktyabrın 18-i müasir Azərbaycanın tarixinə Dövlət Müstəqilliyi Günü kimi yazılıb. Dövlət müstəqilliyimizin bərpa edildiyi həmin vaxtdan ötən 28 il Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib. Bu gün xalqımız dövlət müstəqilliyimizin 28-ci ildönümünü böyük iftixar hissi ilə qeyd edir.
Bu fikirlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və başqaları tədbirdə çıxış edərək, 28 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb, ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində tərəqqi təmin edilib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızın dövlət müstəqilliyi daha da möhkəmlənir.
Tədbirin sonunda "Heydər Əliyev və müasir Azərbaycan" adlı sənədli film nümayiş olunub.Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub