Obyektivaz.info
 Valyuta məzənnəsi

Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?

Tarix:16-11-2019, 15:15

Abşeronda baş memar Akif Əliyev prezidentin “rüşvət gündəlikdən silinməlidir” əmrinə tabe olmur?


Son günlər Abşeron rayon ərazisində fərdi evlərin tikintisi sürətlə davam edir.

Qanuni və yaxud qanundan kənar tikilən fərdi evlər əlbətdə ki, “görüm-baxım” hesabına başa gəlir. Bu barədə dosye.org-a məlumat verən rayon sakini bildirir ki, evin tikiintisi üçün bütün sənədlər tam qanunu formada hazırlanır. Lakin necə deyərlər, “çı fayda”… sən saydığını say, gör Akif Əliyev nə sayır. Mənbəmiz əlavə edir ki, İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin əməkdaşları “şirinlik” almadan tikintinin fəaliyyətini ləngidir və vətəndaşı təxribata çəkmək üçün bütün vasitələrdən istifadə edilir.

Əlbətdə ki, baş memar Akif Əliyev bütün qanunsuzluqların önündə gedən yeganə məmurdur. Digər bir məlumatda isə bildirilir ki, Kənd Təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlar icra hakimiyyətinin tikintiyə nəzarət şöbəsinin Emin adlı əməkdaşın nəzarətində olduğu bildirilir. Belə ki, əkin sahələrində fərdi ev tikmək istəyən vətəndaş Emin adlı şəxsi görməli, ona tələb olunan məbləğı ödəməli və bundan sonra tikintiyə icazə verilməlidir.

Yəni, İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin haqqı çatdıqdan sonra məsələ öz müsbət həllini tapır. Maraqlısı isə baş memar Akif Əliyevin topladığı rüşvətin kiminlə bölüşdürdüyü isə müəmmalıdır. Əslində, müəmma ifasədində yol verilən yanlışlıq hər birimizə aydındır. Əks təqdirdə rayon rəhbərliyinin icazəsi olmadan baş memara rüşvətdən gələn gündəlik gəlir bir anda geri çevrilə bilər.

Baxmayaraq ki, ölkə başçısı İlham Əliyevin son çıxışlarında “rüşvət gündəlikdən silinməlidir” əmri hələdə bəzi məmurlarımız tərəfindən qulaqardına vurulur. Əldə etdiyimiz son məlumatlara görə, Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov bələdiyyə sədri deyil, makler rolunu icra edir. Bütün bunlar bir daha sübüt edir ki, ölkədə dərəbəylik höküm sürür və sanki məmurlara həvalə olunan vəzifə şəxsi maraqları üçün nəzərdə tutulub. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

Oxunub: 100



XƏBƏR LENTİ