Obyektivaz.info
 Valyuta məzənnəsi

ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

Tarix:14-11-2019, 18:12

ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb


Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
“RİA Novosti”nin məlumatına görə, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyənin Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.
Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.
Qeyd edək ki, “Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.
Siam.az

Oxunub: 105



XƏBƏR LENTİ