Milyarderlər müxalifət liderinin qorxusundan ölkədən qaçır


Milyarderlər müxalifət liderinin qorxusundan ölkədən qaçır

Böyük Britaniyada zənginlər qarşıdakı parlament seçkilərində leyboristlərin qalib gələcəyindən qorxaraq ölkədən qaçmağa hazırlaşırlar.

“The Guardian” xəbər verir ki, seçkilərdən sonra müxalifətdəki leyboristlərin lideri Ceremi Korbinin baş nazir postunu tutması ehtimalının yüksək olması varlıları qorxuya salıb. Onlar qorxurlar ki, Korbin hakimiyyətə gələn kimi varlılara yeni vergilər tətbiq edəcək. Nəticədə zənginlər kapitallarının bir hissəsini itirməli olacaqlar.

Qəzetin yazdığına görə Böyük Britaniyanın ən varlı alilələriin vəkilləri və mühasibləri deyiblr ki, milyoner və milyarde müştərilərinin telefon zəngləri onları boğaza yığıb. Zənginlər öz vəkillərinə və mühasiblərinə aramsız zənglər edərək sərvətlərinin başqa ölkələrə çıxarılması yollarını tapmağı xahiş edirlər. Onlar ehtiyat edir ki, leyboristlərin hökuməti varlıların 125 min funt sterlinqdən yuxarı bütün sərvətinə vergi tətbiq edəcək.