Əmlak şefi Kərəm Həsənov da vəzifədən alındı - SON DƏQİQƏ


Əmlak şefi Kərəm Həsənov da vəzifədən alındı - SON DƏQİQƏAzərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edib.

GUNinfo.az xəbər verir ki, bununla bağlı imzalanan fərmanda deyilir:

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

GUNinfo.az bildirir ki, prezident Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilməsi barədə fərman imzalayıb.

Gələn ən son xəbərlərə görə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəb Həsənov bu fərmanla vəzifədən alınıb. Əmlak şefinin yeni vəzifəyə göndərilməsi ilə bağlı hələlik məlumat yoxdu. Görünən o ki, Kərəm Həsənov prezidentin etimadın doğrulmadığı üçün vəzifədən alınıb.