Ağsu camaatı PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ - Cana doymuş sakinlər sevinir


Ağsu camaatı PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ - Cana doymuş sakinlər sevinirDİA.AZ: - Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

DİA.AZ xatırladır ki, Ənvər Seyidəliyev keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun dayısı idi...

Redaksiyamıza rayondan daxil olan məlumatda bildirilir ki, bu sərəncam Ağsu sakinlərinin çoxdan gözlədiyi bir qərar olduğundan rayon sakinləri tərəfindən cevinclə qarşılanıb.

Dia.az-a yazan Ağsu sakinləri bildirir: "Biz cənab Prezidentə təşəkkür edirik. Nəhayət ki, rayonumuz rahat nəfəs alacaq. Seyidəliyevlər getsin, kim gəlirsə-gəlsin... İstəsə də bundan pis ola bilməyəcək..."